Ermənilər Şahin Mustafayev barədə nə danışdı?: Doğulduğu kənddən görüntülər - VİDEO
Dünya
02.05.2026 01:15
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfəri hələ də müzakirə olunur.
TodayPress TV xəbər verir ki, bunun əsas səbəblərindən biri Şahin Mustafayevin Ermənistanda doğulması, yeniyetməlik yaşına qədər orada yaşamasıdır.
Azadlıq radiosu nazir müavininin doğulduğu kənddən reportaj hazırlayıb. Reportajda Ş.Mustafayevin bir zamanlar yaşadığı məhəllədə yaşayan ermənilər onun özü və ailəsi haqqında maraqlı məlumatlar paylaşıblar.
Nazir müavinini ailəsi Cuvevanda yeganə azərbaycanlı ailə olub. Kənd sakinlərinin sözlərinə görə, Ş.Mustafayevin anası kənddə hamıya qızıl üzük paylayırdı.
“Şahin ermənicə əla bilirdi, onunla mübahisə etmək olmurdu”, - deyə sakinlərdən biri xatirələrini bölüşüb.
Sözügedən reportajı təqdim edirik:
tag: Şahin Mustafayev,Ermənistan,Azərbaycan,Cuvevan,TodayPress TV,
