Ərdoğandan Avropaya ağır zərbə: "Biz yoxuqsa, siz..."

Dünya

05.05.2026 10:16

Avropa Türkiyəyə olan ehtiyac baxımından daha asılı vəziyyətdədir.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan "Anadolu Agency"yə açıqlamasında bildirib.

O qeyd edib ki, Avropa İttifaqı Ankaranın mövqeyini zəiflədə biləcək addım və ritorikadan çəkinməlidir.

“Türkiyə artıq əvvəlki Türkiyə deyil və dünya yalnız Qərbin təsir dairəsindən ibarət deyil”, — deyə Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə olmadan Avropa İttifaqı qlobal güc mərkəzinə çevrilə bilməz.

Ərdoğan əlavə edib ki, Brüsselin Ankaraya münasibəti “qısa baxışlıdır” və bu yanaşma dəyişməlidir.

Qeyd edək ki, Türkiyə 1963-cü ildə Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb, 1987-ci ildə isə üzvlük üçün müraciət edib. Danışıqlar 2005-ci ildə başlasa da, siyasi səbəblərlə dəfələrlə dayandırılıb.

Qiymət Mahir

tag: Avropa ,Türkiyə,Ərdoğan ,Ankara,TodayPress TV,