Ərdoğan həmkarına “Togg” hədiyyə etdi

Ərdoğan həmkarına “Togg” hədiyyə etdi
05.02.2026 00:34 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misir lideri Əbdülfəttah əs-Sisiyə Türkiyənin yerli istehsalı olan “Togg” elektrik avtomobilini hədiyyə edib.

TodayPress TV xəbər verir ki, Ərdoğan Sisiyə “Anadolu” rəngində “Togg” bağışlayıb.

İki lider sənaye və texnologiya naziri Mehmet Fatih Kacırın müşayiəti ilə Əl-İttihadiyə sarayının bağçasında maşının içərisində şəkil çəkdirib.

Ərdoğan daha sonra Sisinin idarə etdiyi “Togg”da Türkiyə-Misir Biznes Forumunun bağlanış iclasının keçirildiyi otelə gedib.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər