Əraqçi: "İran atəşkəsi rədd edir"

Dünya

21.03.2026 11:16

"İran atəşkəsi qəbul etmədiyini və müharibənin tam şəkildə başa çatdırılmasını istədiyini bəyan edib".

TodayPress TV xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Yaponiyanın “Kyodo News” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, Tehran ötən ilki ssenarinin təkrarlanmasını istəmir və yalnız münaqişəni tam dayandıra biləcək təşəbbüsləri nəzərdən keçirməyə hazırdır.

Nazir vurğulayıb ki, müharibənin dayandırılması üçün konkret şərtlər yerinə yetirilməlidir. Onun sözlərinə görə, münaqişə tam və daimi olaraq başa çatmalı, bunun təkrar olunmayacağına dair təminatlar verilməli və İrana dəymiş zərərlər kompensasiya edilməlidir.

Abbas Əraqçi həmçinin bəzi ölkələrin həll yolu axtardığını, lakin ABŞ-nin bu prosesə mane olduğunu iddia edib. O əlavə edib ki, İran özünü müdafiə etməyə davam edəcək və bunu lazım olduğu müddətcə edəcək.

Türkan İsgəndərli

TodayPress TV

tag: Əraqçi,İran,ABŞ,Sülh,Todaypress.tv,