Əraqçi AEBA rəhbəri və Oman XİN başçısı ilə görüşəcək

Əraqçi AEBA rəhbəri və Oman XİN başçısı ilə görüşəcək
16.02.2026 14:16 Dünya

İranın xarici işlər naziri Abbas Əraqçi Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi və Omanın xarici işlər naziri Bədr əl-Busəidi ilə danışıqlar aparacaq.

TodayPress TV xəbər verir ki, bu barədə o, "X" sosial media hesabında yazıb.

O bildirib ki, fevralın 16-da Qrossi, 17-də isə ABŞ ilə planlaşdırılan diplomatik təmaslar ərəfəsində Oman XİN başçısı ilə görüşəcək.

Qeyd edək ki, Oman İranın nüvə proqramı ilə bağlı davam edən danışıqlarda Tehran və Vaşinqton arasında vasitəçi rolunu oynayır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər