Əraqçi: "ABŞ müşavirləri İrandakı qan tökülməsinə görə məsuldur"
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidentinin müşavirlərini İrandakı qan tökülməsinə görə məsuliyyət daşımaqda ittiham edib.
TodayPress TV xəbər verir ki, Əraqçi bu barədə "X" sosial şəbəkəsində yazıb.
“ABŞ Prezidentinə yanlış məsləhətlər verənlər bu qan tökülməsinə görə məsuliyyət daşıyırlar. Bu müharibə həm amerikalılara, həm də iranlılara zorla qəbul etdirilib”, — deyə nazir bildirib.
Əraqçi əlavə edib ki, hazırda Tehranla Vaşinqton arasında müzakirə ediləcək heç bir təklif yoxdur. Onun sözlərinə görə, İran gələcəkdə ABŞ və ya digər tərəflərlə danışıqları bərpa etmək qərarı versə, müzakirə olunacaq mövzuları ölkə rəhbərliyi özü müəyyən edəcək.
Qiymət Mahir