Energetika naziri: "Əlavə neft buraxılışı ehtimalı çox azdır"

Energetika naziri: "Əlavə neft buraxılışı ehtimalı çox azdır"
23.03.2026 20:40 Dünya

ABŞ-nin Energetika naziri Kris Rayt Yaxın Şərq münaqişəsi fonunda ABŞ-nin strateji neft ehtiyatlarından əlavə neft buraxılışlarının mümkünlüyünü istisna etməsə də, belə bir inkişafın mümkün olmadığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, “CNBC”yə verdiyi müsahibədə danışıb.

"Bu baş verə bilər, lakin bunun son dərəcə az ehtimal olunduğunu hesab edirəm", - deyə o vurğulayıb.

Xatırladaq ki, martın 12-si nazirlik Vaşinqton administrasiyasının 120 gün ərzində Strateji Neft Ehtiyatından ümumilikdə 172 milyon barel neft buraxacağını açıqlayıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər