Əfqanıstanda yeni təhsil sistemi hazırlanır
Dünya
14.12.2025 16:14
Əfqanıstan Loqar əyalətində oğlan və qızların radio vasitəsilə təhsil alması üçün yeni sistem sınaqdan keçirilir.
TodayPress TV xəbər verir ki, "Mahal" özəl radio stansiyası İnformasiya və Mədəniyyət Nazirliyinin təsdiqi ilə "Məktəbin Səsi" adlı təhsil proqramını işə salıb.
İnformasiya və Mədəniyyət Nazirliyinin Əyalət İdarəsinin direktoru Feyzullah Cohari bildirib ki, proqram Loqar və Meydan Vardak əyalətlərində təxminən 2000 tələbəni əhatə edəcək və pulsuz olacaq.
"Mahal" Yayım Direktoru Sərdar Vəli Bahij qeyd edib ki, proqram sayəsində şəhər və ucqar kəndlərdən minlərlə tələbə puştu, dari və ingilis dillərində dərs ala biləcək. Onlar həmçinin Quranın düzgün oxunmasını öyrənməyə təşviq olunurlar.
Qeyd edək ki, Əfqanıstanda qızlara yalnız altıncı sinfə qədər orta məktəbə getməyə icazə verilir və qızların və qadınların dövlət və özəl universitetlərdə, həmçinin texniki məktəblərdə təhsil alması qadağandır.
Türkan İsgəndərli
tag: Əfqanıstan,Təhsil,Oğlan,Qız,Todaypress.tv,
