Əfqanıstanda sağ qalanların axtarışı başa çatdı

Əfqanıstanda sağ qalanların axtarışı başa çatdı
06.09.2025 22:45 Dünya

Əfqanıstan hakimiyyəti avqustun 31-də baş vermiş güclü zəlzələdən sonra axtarış-xilasetmə əməliyyatını başa çatdırıb.

TodayPress TV xəbər verir ki, bu barədə Kunar vilayətinin qubernatoru Qüdrətullah Əbu Həmzə Əl-Cəzirə telekanalına məlumat verib.

"Zəlzələdən sonra sağ qalanların axtarışı başa çatıb. Ölənlərin sayı 2204 nəfərə çatıb, 4000-ə yaxın insan isə yaralanıb", - deyə o bildirib.

Onun sözlərinə görə, hakimiyyət zərərçəkənləri və məcburi köçkünləri yerləşdirmək üçün ciddi çadır çatışmazlığı ilə üzləşib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər