Əfqanıstan Baqram bazasını ABŞ-yə geri verməyəcək

Əfqanıstan Baqram bazasını ABŞ-yə geri verməyəcək
24.09.2025 03:33 Dünya

Əfqanıstan hökuməti Trampın Baqram aviabazasının ABŞ-yə verilməsi ilə bağlı çağırışını rədd edərək, bazanın ölkənin ayrılmaz hissəsi olduğunu və bu məsələnin müzakirə mövzusu olmadığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu haqda “Əl Ərəbiyyə” televiziyasına Əfqanıstan müvəqqəti hökumətinin sözçüsü Zəbihullah Mücahid açıqlama verib.

ABŞ prezidenti Donald Trampın “Baqram aviabazasını geri qaytarmasalar, pis şeylər olacaq” təhdidinə reaksiya verən hökumət sözçüsü ABŞ ilə danışıqlarda yalnız məhbus mübadiləsi, diplomatik əlaqələr və iqtisadi investisiyaların müzakirə olunduğunu deyib.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər