Əbu-Dabidə Rusiya-Ukrayna-ABŞ danışıqlarının ikinci raundu başlayır - YENİLƏNDİ

Əbu-Dabidə Rusiya-Ukrayna-ABŞ  danışıqlarının ikinci raundu başlayır - YENİLƏNDİ
01.02.2026 14:54 Dünya

Rusiya–Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı növbəti üçtərəfli danışıqlar fevralın 4 və 5-də Əbu-Dabidə baş tutacaq.

Todaypress TV  xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında məlumat verib.

O bildirib ki, Ukraynanın danışıqlar qrupunun hesabatını dinləyib. “Ukrayna məzmunlu və konkret dialoqa hazırdır və biz nəticənin müharibənin real və ləyaqətli şəkildə başa çatmasına yaxınlaşdırmasında maraqlıyıq”, – deyə dövlət başçısı əlavə edib.

Qeyd olunur ki, əvvəlki raund üçtərəfli formatda yanvarın 23–24-də keçirilib. Bununla yanaşı, fevralın 1-də Rusiya və Ukrayna nümayəndə heyətləri ABŞ tərəfi olmadan Əbu-Dabidə danışıqlar aparacaqlar.

ABŞ-nin dövlət katibi Marko Rubio isə öz növbəsində ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək yeni görüşdə iştirak ehtimalını istisna etməyib.

***

14: 15


Bu gün Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında sülh danışıqlarının ikinci raundu başlayır.

Todaypress TV  xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Məlumata görə, ABŞ-nin  dövlət katibi Marko Rubio bildirib ki, hələ də həll olunmamış əsas məsələ ərazi problemidir.

Onun sözlərinə görə, Moskva Donbasın bir hissəsi üzərində nəzarət tələb edir.

Todaypress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər