Dünyada yeni virus sürətlə yayılır

Dünya

16.12.2025 18:45

"Honkonq H3N2" qrip virusunun yeni "K" alt qrupu (J.2.4.1) sürətlə yayılır və artıq 30 ölkədə aşkarlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Epidemiya və Pandemiyaya Qarşı Mübarizə Departamentinin rəhbəri Vençinq Çjan deyib.

O bildirib ki, "K" alt qrupu virusu ilk dəfə avqust ayında Avstraliya və Yeni Zelandiyada aşkar olunub və o vaxtdan bəri Cənubi Amerika istisna olmaqla dünyanın bir çox ölkəsinə yayılıb.

Çjan qeyd edib ki, mövcud məlumatlar xəstəliyin şiddətində artım göstərmir, lakin genetik dəyişikliklər virusun təkamülünü göstərir. Departament rəhbəri qrip viruslarının sürətlə mutasiyaya uğradığını və buna görə qrip peyvəndinin müntəzəm yenilənməsinin vacib olduğunu vurğulayıb.

ÜST-ün məlumatına görə, qlobal qrip halları bu mövsüm hələ gözlənilən səviyyədədir. Bununla belə, bəzi ölkələrdə qrip mövsümü oktyabrda erkən başlayıb və sürətlə epidemik səviyyəyə çatıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Qrip,Virus,Pandemiya,ÜST,Todaypress.tv,