Donald Trampın sülh mükafatına layiq görüləcəyi iddia olundu
Dünya
06.11.2025 18:50
FİFA dünyada sülhə töhfə verən şəxsləri təltif etmək üçün yeni “FİFA Sülh Mükafatı – Futbol Dünyanı Birləşdirir” mükafatını təsis edib.
TodayPress TV "Haber Global"a istinadən xəbər verir ki, qalib dekabrın 5-də Vaşinqtonda açıqlanacaq.
FİFA prezidenti Canni İnfantino bildirib ki, getdikcə daha çox parçalanan dünyada insanları sülh naminə bir araya gətirənlərin əməyini tanımaq vacibdir. O vurğulayıb ki, futbol sülhü təmsil edir və bu mükafat insanları birləşdirmək üçün qeyri-adi addımlar atanlara veriləcək.
Məlumatlara görə, açıqlama İnfantinonun ABŞ prezidenti Donald Trampla Florida biznes forumu çərçivəsində görüşü ərəfəsində yayılıb. Forumda Tramp yenidən seçilməsinin ildönümünü qeyd edəcək və iqtisadi nailiyyətləri barədə danışacaq.
Xarici media iddia edir ki, mükafat Trampa verilə bilər. İnfantino əvvəllər Trampın Qəzzada sülh prosesində mühüm rol oynadığını deyib və onu körpülər quran lider kimi xarakterizə edib. O, həmçinin Trampın Nobel Sülh Mükafatı almasını dəstəkləyib.
İnfantino ailəsi ilə Tramp ailəsi arasında yaxın əlaqələr olduğu bildirilir. İvanka Trampın FİFA tədbirlərində iştirakı və təşkilat proqramlarında yer alması diqqət çəkib.
Qeyd onlunur ki, bu yaxınlıq iddiaların və narahatlıqların artmasına səbəb olub. “The Guardian” nəşri isə yazır ki, UEFA, İnfantinonu Trampın şəxsi siyasi maraqlarını dünya futbolundan üstün tutmaqda ittiham edib.
Jalə Rövşən
tag: Donald Tramp,“FİFA Sülh Mükafatı",Canni İnfantino ,İvanka Tramp,Todaypress.tv,
