"Dərhal zirzəmiyə enin!" – Qubernatordan əhaliyə TƏCİLİ ÇAĞIRIŞ

"Dərhal zirzəmiyə enin!" – Qubernatordan əhaliyə TƏCİLİ ÇAĞIRIŞ
03.05.2026 16:44 Dünya

Belqorod və ətraf rayonlarda raket təhlükəsi elan olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Beloqrod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

O, sakinləri dərhal zirzəmilərə enməyə çağırıb.

Bir müddət sonra təhlükənin aradan qaldırıldığı açıqlanıb:

“Hava hücumundan müdafiə sistemi hava hədəflərini zərərsizləşdirib, xəsarət alan yoxdur”.

Məlumata görə, raket təhlükəsi siqnalı hava hücumu ehtimalı barədə əhalini xəbərdar etmək üçün aktivləşdirilir və adətən bir neçə dəqiqə davam edən səsli siqnalla müşayiət olunur.

Qeyd olunur ki, bu cür hallarda dron hücumları ilə müqayisədə daha ciddi təhlükəsizlik tədbirləri görülür.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər