Dəməşqdə prezident sarayının yaxınlığında yanğın baş verdi

Dəməşqdə prezident sarayının yaxınlığında yanğın baş verdi
05.07.2025 10:05 Dünya

Suriyanın paytaxtı Dəməşqdə yerləşən Əl-Şəəb prezident sarayının yaxınlığında iyulun 4-də günorta saatlarında naməlum səbəbdən yanğın baş verib. 

TodayPress TV xəbər verir ki, sarayın yerləşdiyi dağın yamacında alovlanan kolluqlardan qalxan qalın qara tüstü şəhərin geniş ərazilərinə yayılıb.

Suriya dövlət televiziyası “Al-Ikhbaria” hadisənin sarayın içində deyil, bağ sahəsində yerləşən mətbəxdə baş verdiyini bildirib. Məlumata görə, yanğının qarşısını almaq üçün vətəndaş müdafiə qüvvələri əraziyə cəlb olunub.

Yanğının dəqiq səbəbi hələlik açıqlanmayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər