Daxili Monqolustanda daşqın: Ölənlərin sayı 10-a çatdı

Daxili Monqolustanda daşqın: Ölənlərin sayı 10-a çatdı
18.08.2025 04:30 Dünya

Çinin Daxili Monqolustan Muxtar Rayonunda yerləşən düşərgə zonasını sel basıb. Nəticədə ölənlərin sayı 10-a çatıb, daha 2 nəfər isə hələ də itkin düşmüş hesab olunur. 

TodayPress TV xəbər verir ki, hadisə şənbə günü axşam saat 22:00 radələrində Bayannur şəhərinin Urad Rear Banner bölgəsində, çayın yuxarı axarında baş verib.

Hadisə zamanı 13 turist düşərgədə itib. Onların səkkizi kişi, beşi qadındır.

Hadisə yerinə təcili olaraq 700-dən çox xilasedici göndərilib və onlar itkin düşənlərin axtarışını davam etdirirlər.

Qiymət Mahir

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər