Çuvaşiyaya hücum davam edir - Çeboksarıya zərbələr endirildi
Çuvaşiya Respublikasının paytaxtı Çeboksarıda Ukrayna Silahlı Qüvvələrinin (VSU) pilotsuz uçuş aparatları (BPLA) ilə yeni hücum qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə "RBK" məlumat yayıb.
Çuvaşiya Respublikasının rəhbəri Oleg Nikolayev hadisəni təsdiqləyib və zərərçəkənlərə tibbi yardım göstərildiyini qeyd edib.
O, sakinləri təhlükəsiz yerlərdə qalmağa və rəsmi göstərişlərə əməl etməyə çağırıb. PUA qalıqlarına toxunmamaq tapşırılıb. Nəticədə bir nəfər yaralanıb.
Çuvaşiyadakı məktəblər və təhsil müəssisələri distant (onlayn) təhsilə keçirilib.
Türkan İsgəndərli