Çində yeraltı keçidin tikintisi zamanı 5 nəfər öldü

Çində yeraltı keçidin tikintisi zamanı 5 nəfər öldü
07.12.2025 22:08 Dünya

Çinin Henan əyalətinin Sanmınsya şəhərində podratçı şirkətin inşa etdiyi yeraltı keçiddə sürüşmə nəticəsində beş nəfər ölüb.

TodayPress TV xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

Məlumata görə, insident dekabrın 6-da Sanmınsya–Syaoxan prospektində yeraltı keçidin tikintisi zamanı baş verib. İşlər görülən ərazidə torpaq sürüşməsi qeydə alınıb. Nəticədə tikinti heyətindən beş əməkdaş ölüb.

Hadisədən sonra tikinti şirkəti fövqəladə vəziyyət planını işə salıb, yerli hakimiyyət orqanları ilə birlikdə xilasetmə və araşdırma tədbirləri həyata keçirilir.

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər