Çində partlayış: Ölənlər var
Çinin şimalındakı müəssisədə baş verən partlayış nəticəsində səkkiz nəfər həlak olub.
TodayPress TV xəbər verir ki, bu barədə "Xinhua" məlumat yayıb.
Hadisə Şansi əyalətinin Şoçjou şəhərinin Şanyin qəzasında yerləşən "Jiapeng" biotexnologiya şirkətinin zavodunun sexlərindən birində baş verib. Partlayışın səbəbləri barədə məlumat daxil olmayıb.
Hadisə ilə əlaqədar şirkətin rəsmi nümayəndəsi saxlanılıb. İnsidentin araşdırılması üçün hadisə yerində istintaq qrupu yaradılıb.