Çin Xarici İşlər Nazirliyi: Çin sülh yolu ilə inkişaf edəcək
"Çin dinc inkişaf yoluna sadiq qalacaq və digər ölkələrə də eyni yolu seçməyə kömək edəcək".
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Naziri Vanq Yi Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən deyib.
"Çin sülh naminə güclü bir qüvvə olacaq və dinc inkişaf yoluna sadiq qalacaq. Biz digər ölkələri də eyni şeyi etməyə təşviq edəcəyik",-nazir qeyd edib.
O vurğulayıb ki, beynəlxalq ictimaiyyət bir neçə ölkədə hakimiyyətin inhisarına qarşıdır.
Jalə Rövşən