Çin "CentiSpace-2" peyklərini uğurla orbitə çıxardı

Çin "CentiSpace-2" peyklərini uğurla orbitə çıxardı
24.03.2026 19:15 Dünya

Çin Yerə yaxın orbitə "CentiSpace-2" peykləri qrupunu uğurla çıxarıb.

TodayPress TV xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.

Bildirilib ki, buraxılış “Jielong-3” raketi ilə Sarı dəniz akvatoriyasında yerləşən Hayyan kosmodromundan həyata keçirilib. Start 22 mart saat 23:49-da (Pekin vaxtı ilə) baş tutub.

Məlumata görə, "CentiSpace" seriyasına aid peyklər qlobal naviqasiya sistemlərinin siqnallarını gücləndirmək üçün nəzərdə tutulub və aşağı Yer orbitində fəaliyyət göstərəcək.

Qeyd edək ki, yanvar ayında Çin şirkəti "Galactic Energy" də orbitə “Tianqi” (37–40) telekommunikasiya peyklərini çıxarmışdı. Bu peyklər “Xiwang” (Ümid) adlı beynəlxalq “əşyaların interneti” layihəsi çərçivəsində istifadə olunacaq.

Bundan əlavə, Çin alimlərinin "TPG-1000Cs" mikrodalğalı silahı hazırladığı bildirilir. Bu sistemin kosmik peykləri sıradan çıxarma gücünə malik olduğu və artıq “Starlink üçün kabus” adlandırıldığı qeyd olunur.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər