"Bu, hələ başlanğıcdır..." — Rusiya donanması üçün ağır gün
Dünya
03.05.2026 17:09
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hərbi və enerji obyektlərinə zərbələr endirildiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, Volodimir Zelenski "Telegram" hesabındakı paylaşımında əməliyyatın uğurla həyata keçirildiyini bildirib.
O qeyd edib ki, Primorsk limanında yerləşən obyektlərə zərbə endirilib.
“Daha bir "Kalibr" daşıyıcısı sıradan çıxarıldı”, — deyə Zelenski vurğulayıb.
Məlumata görə, zərbələr nəticəsində “Karakurt” tipli raket gəmisi, bir patrul kateri və kölgə neft donanmasına aid tanker vurulub.
Qeyd olunur ki, əməliyyat Ukraynanın təhlükəsizlik xidməti, pilotsuz sistemlər qüvvələri, xüsusi təyinatlılar, hərbi kəşfiyyat və sərhədçilərin birgə iştirakı ilə həyata keçirilib.
Zelenski əlavə edib ki, bu cür zərbələr Rusiyanın müharibə potensialını zəiflədir və Ukrayna cavab tədbirlərini davam etdirəcək.
“Rusiya bu müharibəni istənilən an dayandıra bilər, əks halda əməliyyatlarımız genişlənəcək”, — deyə o bildirib.
Qiymət Mahir
tag: Ukrayna ,Volodimir Zelenski,Rusiya,Primorsk,TodayPress TV,
