Britaniyanın sənaye bölgəsində partlayış baş verdi
Britaniyanın sənaye bölgəsində güclü partlayış baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə “Sky News” telekanalı polisə istinadla məlumat yayıb.
Bildirilir ki, Britaniyanın Suindon şəhərində sənaye zonasındakı partlayışdan sonra polis sakinləri təxliyə edib.
“Uiltşirdə yerləşən sənaye anbarında baş vermiş güclü partlayışdan sonra hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub. Polis sənaye zonasına yaxın ərazilərdə yaşayanların təxliyəsi üzərində işlədiklərini bildirib”, - deyə məlumatda qeyd olunur.
Xəsarət alanlarla bağlı hələlik məlumat verilməyib.
Aysel Mətləb