Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir

Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
31.03.2026 20:40 Dünya

Böyük Britaniya müttəfiqlərin müdafiəsini gücləndirmək üçün Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir.

TodayPress TV "Sky News"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib.

Tədbirlər çərçivəsində Böyük Britaniya Səudiyyə Ərəbistanında "Sky Sabre" hava hücumundan müdafiə (HHM) sistemini yerləşdirəcək, həmçinin Qətərdə "Typhoon" qırıcılarının missiyasını uzadacaq.

Bundan əlavə, Bəhreyn və Küveytə əlavə bölmələr və HHM sistemləri göndərilib.

Hilinin sözlərinə görə, Böyük Britaniyanın ən yaxşı qüvvələri Fars körfəzi regionunda tərəfdaşların müdafiəsinə cəlb ediləcək.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər