Böyük təhlükə Yerə yaxınlaşır

Dünya

19.03.2026 18:45

Son ayların ən güclü maqnit fırtınası cümə axşamı Yer kürəsində başlayacaq və təxminən altı gün davam edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAS) Günəş Astronomiyası Laboratoriyası öz "Teleqram" kanalında məlumat yayıb.

Məlumata görə, proqnoz son 24 saat ərzində bir neçə dəfə aşağı istiqamətdə yenidən nəzərdən keçirilib.

Laboratoriyanın açıqlamasında qeyd olunub ki, “Geomaqnit pozuntular dövrünün ümumi müddəti təxminən altı gün olacaq — gələn həftənin çərşənbə axşamına (24 mart) qədər davam edəcək”.

Qeyd edilib ki, maqnit fırtınasının gücünə bir neçə amil təsir göstərir. Birincisi, Günəş alovlanmaları nəticəsində atılan plazma Yerə doğru hərəkət edir. İkincisi isə Günəşdəki tac dəliklərinin təsiridir.

Fırtınanın pik həddinin 19–21 mart tarixləri arasında qeydə alınacağı gözlənilir. Bu müddət ərzində qütb parıltılarının 50–55 dərəcə enliklərdə də müşahidə olunması mümkündür.

Həmçinin bildirilib ki, maqnit fırtınası 22–24 mart tarixlərində tədricən zəifləyəcək və bu mərhələdə tac dəliklərinin təsiri ilə daha zəif “quyruq” effekti müşahidə ediləcək. 

Jalə Rövşən 

TodayPress TV

tag: Maqnit fırtınası ,Günəş,Astroloq ,Yer kürəsi,Todaypress.tv,