Boliviyada daşqınlar nəticəsində 20 nəfər öldü

Dünya

16.12.2025 15:40

Boliviyanın Santa Kruz departamentində baş verən güclü daşqınlar nəticəsində azı 20 nəfər həyatını itirib, 20-dən çox insan isə itkin düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Alfredo Troşe məlumat verib.

Onun sözlərinə görə, suyun çəkilməsi və axtarış-xilasetmə işlərinin davam etməsi ilə ölənlərin sayının arta biləcəyi istisna olunmur. Xilasedicilər daşqınlardan xilas ola bilməyən insanların axtarışını davam etdirirlər.

Yerli hakimiyyət orqanları Santa Kruz departamentini fəlakət zonası elan edib. Ən çox zərər çəkən ərazi El Torno icması olub. Məlumata görə, daşqınlar nəticəsində 600-dən çox ailə zərər görüb.

Qeyd edək ki, dekabrın 13-də yağan güclü yağışlar bölgədə bir neçə çayın məcrasından çıxmasına və geniş ərazilərin su altında qalmasına səbəb olub.

Türkan İsgəndərli

TodayPress TV

tag: Boliviya,Daşqın,İtkin,Çay,Todaypress.tv,