BMT sülhməramlılarının Livandakı mövqeləri atəşə tutuldu

BMT sülhməramlılarının Livandakı mövqeləri atəşə tutuldu
14.03.2026 17:53 Dünya

BMT-nin Livanın cənubundakı UNIFIL sülhməramlılarının mövqeləri atəşə tutulub.

TodayPress TV xəbər verir ki, bu barədə sülhməramlı missiyanın sözçüsü Kendis Adrel bildirib.

Onun sözlərinə görə, Mays əl-Cəbəl yaxınlığındakı obyektlərdən biri ehtimal ki, ağır pulemyot atəşi nəticəsində zədələnib və yanğına səbəb olub. hücum nəticəsində sülhməramlılardan biri yaralanıb.

Daha əvvəl İsrail Müdafiə Qüvvələri bildirirdi ki, İsrail qüvvələri son 24 saat ərzində Livanın cənubunda Hizbullah-ın 160-dan çox hərbi obyektinə zərbələr endirib. 5 mart gecəsi İsrail Beyrutda Hizbullah infrastrukturuna hücumlara başlayıb və şəhər sakinlərini Şiyə və Haret Horeik məhəllələrini tərk etməyə çağırıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər