BMT baş katibi Qəzzanın bərpası təşəbbüsünü dəstəklədi
BMT-nin baş katibi Antonio Quterreş ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən Sülh Şurasının Qəzzanın bərpasına yönəlmiş təşəbbüsünü müsbət qiymətləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, “Politico” nəşrinə müsahibəsində deyib.
Baş katib təşəbbüs çərçivəsində fələstinlilərin evlərinin və infrastrukturunun yenidən qurulması üçün əsas ehtiyacların maliyyələşdirilməsi nəzərdə tutulur. Quterreş əlavə edib ki, bu məqsəd BMT Təhlükəsizlik Şurası tərəfindən də təsdiqlənib və təşkilat yaradılan mexanizmlərlə fəal əməkdaşlıq edir.
Xatırladaq ki, bu ilin yanvarın 16-da Donald Tramp “Sülh Şurası” adlı beynəlxalq təşkilatın yaradılacağını elan edib.
Türkan İsgəndərli