Bəqayi: "İran Qəzza danışıqlarına müdaxilə etmir"
"Tehran Qəzza zolağında atəşkəsə dair danışıqlara müdaxilə etmir və ABŞ prezidenti Donald Trampın əksi barədə səsləndirdiyi ittihamlar İsrailin fəaliyyətlərinə haqq qazandırmaq və Vaşinqtonun məsuliyyətdən yayınmaq cəhdidir".
TodayPress TV xəbər verir ki, bunu İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmyıl Bəqayi bildirib.
Onun sözlərinə görə, İranın danışıqlara müdaxiləsi ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır.
O əlavə edib ki, İran, digər dövlətlər kimi, Qəzzada baş verənləri soyqırımı kimi qiymətləndirir və bölgədə humanitar vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş hər cür təşəbbüsü dəstəkləyir.
Türkan İsgəndərli