Belçika Ukrayna üçün 100 milyon avro ayırdı

Belçika Ukrayna üçün 100 milyon avro ayırdı
30.08.2025 12:40 Dünya

Belçikanın xarici işlər naziri Maksim Prevo Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin Kopenhagendə keçirilən qeyri-rəsmi görüşünə gəlişi zamanı bəyan edib ki, Belçika hökuməti Ukraynaya dəstək məqsədilə ABŞ-dən silah tədarükü üçün 100 milyon avro ayırıb.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. 

Qeyd edək ki, bu, Belçikanın Ukraynaya hərbi yardım çərçivəsində atdığı növbəti addımdır.

Töhfə Səməd

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər