Belarusdan gələn şarlar Polşa hava məkanını pozdu
Polşa ordusunun məlumatına görə, Belarusdan gələn bir neçə isti hava şarı Polşa hava məkanını pozub.
TodayPress TV xəbər verir ki, bu barədə “DW” nəşri məlumat yayıb.
Ölkənin sərhəd xidməti yoxlanılan əşyaların qaçaqmal daşıyan şarlar olduğunu təsdiqləyib.
“Belarusdan yaxınlaşan obyektlərin Polşa hava məkanına daxil olması qeydə alınıb. Bütün obyektlərin uçuşu Polşa Silahlı Qüvvələrinin hərbi radar sistemləri tərəfindən davamlı olaraq izlənilib", - deyə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının bəyanatında verilib.
Aysel Mətləb