Belarus hərbi təlimlərə başlayır

Belarus hərbi təlimlərə başlayır
18.06.2025 10:11 Dünya

Belarusda hərbi qulluqçular və xüsusi əməliyyat qüvvələri ölkənin qərb bölgəsində genişmiqyaslı təlimlərə başlayır. 

TodayPress TV xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, təlimlərdə müxtəlif bölmələr iştirak edəcək və onlar döyüş hazırlığı, manevr qabiliyyəti və qarşılıqlı fəaliyyət üzrə ssenariləri məşq edəcəklər.

Əsas məqsədi Belarus ordusunun müdafiə qabiliyyətini gücləndirmək və şəxsi heyətin müxtəlif taktiki şəraitlərdə fəaliyyət bacarığını artırmaqdır.

Təlimləri iyunun 18-dən 24-dək baş tutacaq.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər