Belarus 71 ölkənin vətəndaşları üçün viza rejimini ləğv etdi
İyulun ortalarında Belarusda keçiriləcək "Slavyan bazarı" festivalının iştirakçıları və 71 ölkədən olan qonaqlar ölkəyə vizasız daxil ola biləcəklər.
TodayPress TV xəbər verir ki, müvafiq fərmanı ölkə prezidenti Aleksandr Lukaşenko imzalayıb.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, festivalın təşkilatçıları və iştirakçıları üçün xüsusi güzəştlər nəzərdə tutulub. Belə ki, 4-31 iyul tarixləri arasında 71 dövlətin vətəndaşı Belarusa vizasız gələ bilər.
Xatırladaq ki, yubiley - 35-ci "Slavyan bazarı" festivalı 16-19 iyul 2026-cı il tarixlərində Belarusun Vitebs şəhərində keçiriləcək.
Aysel Mətləb