BƏƏ-nin qaz emalı kompleksinə ciddi ziyan dəydi
BƏƏ-dəki “Habshan” qaz emalı kompleksi hava hücumundan müdafiə sistemindən düşən qırıntılar nəticəsində baş verən yanğından sonra ciddi ziyan görüb.
TodayPress TV xəbər verir ki, bu barədə Əbu-Dabinin rəsmi mətbuat ofisi məlumat yayıb.
Səlahiyyətlilər iki yanğının baş verdiyini, nəticədə bir Misir vətəndaşının öldüyünü və dörd nəfərin (iki Pakistan və iki Misir vətəndaşı) yüngül xəsarət aldığını təsdiqləyiblər.
“Obyektlərə ciddi ziyan dəyib və onların vəziyyəti qiymətləndirilir”, - deyə açıqlamada bildirilib.
Xatırladaq ki, "Habshan" kompleksi BƏƏ-nin qaza olan ehtiyacının 60%-ni ödəyir.
Aysel Mətləb