BƏƏ hava məkanındakı məhdudiyyətlərin vaxtını uzatdı
Birləşmiş Ərəb Əmirlikləri ölkənin hava məkanının qismən bağlanmasını daha bir həftə uzadıb.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Məlumata görə, hava məkanı 23 mart saat 12:00-dək (UTC) qismən bağlı qalacaq.
Bildirilir ki, yerli hava limanlarına uçuşlar üçün altı xüsusi marşrut müəyyən edilib. Həmçinin sərhəd keçid məntəqələri qonşu Oman və Səudiyyə Ərəbistanının hava məkanı ilə əlaqələndirilib.
Təyyarə heyətlərinə isə dispetçer xidmətlərindən verilən əməliyyat məlumatlarına ciddi şəkildə əməl etmək tapşırılıb.
Türkan İsgəndərli