Azərbaycan vətəndaşları DEPORT EDİLDİ
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamentinin əməkdaşları 87 əcnəbini deportasiya ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə departamentin mətbuat xidməti açıqlama verib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan, Banqladeş, Misir, İsrail, Hindistan, İran, İordaniya, Qazaxıstan, Çin, Livan, Suriya, Sudan, Nigeriya, Rusiya, Tayland, Türkmənistan, Türkiyə, Özbəkistan və Cənubi Afrika vətəndaşları Gürcüstandan çıxarılıb.
Bildirilib ki, Gürcüstan son zamanlar qanunsuz miqrantlarla fəal mübarizə aparır. Ölkə parlamenti immiqrasiya qanunlarını sərtləşdirib, deportasiya prosedurlarını və miqrantların axtarışını sadələşdirib.
Aysel Mətləb