"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR

"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
24.05.2026 15:00 Dünya

ABŞ və İran Hörmüz boğazının açılmasını və Tehrana qarşı sanksiyaların qismən yumşaldılmasını nəzərdə tutan 60 günlük atəşkəs sazişini imzalamağa yaxındır.

TodayPress TV xəbər verir ki, bu barədə "Axios" portalına adı açıqlanmayan amerikalı rəsmi bildirib.

Layihəyə əsasən, İran Hörmüz boğazı vasitəsilə sərbəst gəmiçiliyi təmin etmək və dəniz minalarını təmizləməyi, ABŞ isə İran limanlarının blokadasını ləğv etməyi və neft ixracı üçün sanksiyalardan istisnalar tətbiq etməyi öhdəsinə götürür.

Sənəd həmçinin İranın nüvə silahı hazırlamamaq və uranın zənginləşdirilməsinin dayandırılması, habelə yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması üzrə danışıqlara başlamaq öhdəliyini ehtiva edir. Vaşinqtondan bildirilib ki, sanksiyaların daha sonra ləğv edilməsi və İran aktivlərinin dondurulmasına son qoyulması yalnız Tehranın öz öhdəliklərini yerinə yetirməsi şərtilə mümkün olacaq.

Mənbələrin məlumatına görə, saziş bazar günü elan oluna bilər, lakin hələlik yekun olaraq razılaşdırılmayıb.

Layihə həmçinin İsrail və Livanın radikal "Hizbullah" hərəkatı arasında müharibənin dayandırılmasını nəzərdə tutur.

Danışıqlarda əsas vasitəçi qismində Pakistan çıxış edir, lakin məsləhətləşmələrdə Səudiyyə Ərəbistanı, Qətər, Misir və Türkiyə də iştirak edir.

Portalın bildirdiyinə görə, ABŞ İranla münasibətləri yenidən başlatmaq və Amerika lideri Donald Trampın fikrincə, "nəhəng" olan iqtisadi potensialını tam reallaşdırmaq üçün ona imkan yaratmaq naminə çox şeyə getməyə hazırdır.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Bütün Xəbərlər