Avstriyada məktəbə silahlı hücum: Ölənlər var

Dünya

10.06.2025 14:00

Avstriyanın Qrats şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində azı 8 nəfər həyatını itirib, onlarla insan isə ağır yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Kronen Zeitung" məlumat yayıb.

Bildirilir ki, hadisə Avstriya Respublikasının tarixində ən dəhşətli kütləvi atışmalardan biri hesab olunur.

Hücumun törədilməsində şübhəli bilinən məktəbin şagirdi hadisə yerində ölü tapılıb. İlkin məlumatlara görə, o, məktəbdə zorakılığa məruz qaldığını düşündüyündən bu hadisəni törədib.

Hazırda hüquq-mühafizə orqanları atışmanın səbəblərini araşdırır, məktəbdə və şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Yaralıların bir neçəsinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qəza ilə bağlı Avstriya hökuməti və təhsil naziri yaxın saatlarda rəsmi açıqlama verməyə hazırlaşır.

Türkan İsgəndərli

tag: Avstriya,Atışma,Məktəb,Silahlı hücum,todaypress.tv,