Avstriya NATO-ya üzv olmayacaq
Avstriyanın xarici işlər naziri Beate Mainl-Raisinqer ölkənin neytral statusunu qoruyacağını və NATO-ya üzvlüyü dəstəkləmədiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Nazirin fikrincə, Vyana neytral qalmaqla beynəlxalq diplomatiyada münaqişələrin həlli mərkəzi rolunu gücləndirə bilər.
Qeyd edək ki, iyul ayında o, Rusiyanın təhdidlərini əsas gətirərək Avstriyanın NATO-ya üzvlüyə hazır olduğunu deyib.
Türkan İsgəndərli