Arxiyepiskop Adjapaxyanın işi məhkəməyə verildi
Erməni Apostol Kilsəsinin rəhbəri Mikael Adjapaxyanın işi məhkəməyə göndərilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Ermənistan Baş Prokurorluğundan əldə edilən məlumatlara əsasən, iyulun 30-da Apellyasiya Məhkəməsi Adjapaxyanın həbsi ilə bağlı vəkillərin şikayətini təmin etməyib. Onlar ya həbsin ləğv edilməsini, ya da Adjapaxyan barəsində alternativ həbs-qətimkan tədbirinin tətbiq edilməsini xahiş ediblər.
Xatırladaq ki, arxiyepiskop Mikael Adjapaxyana qarşı hakimiyyəti ələ keçirməyə və suverenlikdən imtina etməyə çağırış ittihamı ilə cinayət işi açılıb. İyunun 29-da o, iki ay müddətinə həbs edilib.
Töhfə Səməd