Antarktidada nadir dəniz canlıları tapıldı

Antarktidada nadir dəniz canlıları tapıldı
22.06.2025 07:00 Dünya

Beynəlxalq alimlər qrupu Şərqi Antarktidadakı Denman buzlağının yaxınlığında nadir dəniz canlıları aşkarlayıb.

TodayPress TV xəbər verir ki, Avstraliyanın RSV Nuyina tədqiqat gəmisi ilə aparılan ekspedisiya zamanı dəniz dibindən 14 fərqli bioloji tipə aid canlılar — o cümlədən dəniz ulduzları, xiyarları, molyusklar və ahtapotlar götürülüb.

Alimlərin fikrincə, tapılanların bəzisi elmə məlum olmayan yeni növlər ola bilər. Nümunələr genetik analiz üçün qorunub saxlanılıb.

Denman buzlağı son 20 ildə 5 km geri çəkilib. Buzluq tam əriyərsə, dünya okeanının səviyyəsi 1,5 metr arta bilər. Araşdırmalar bu dəyişikliklərin qlobal iqlimə təsirini proqnozlaşdırmağa kömək edəcək.

Qiymət Mahir

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər