Alman şirkətinin həftəlik zərəri 50 milyon dollara çatdı
Almaniyanın “Hapag-Lloyd” konteyner daşıma şirkəti İranla bağlı münaqişə səbəbindən milyonlarla dollar zərər çəkib.
TodayPress TV xəbər verir ki, bu barədə “Bild” qəzeti şirkətin baş direktoru Rolf Habben Jansenə istinadən məlumat yayıb.
Bildirilib ki, “Hapag-Lloyd”un əlavə xərcləri həftədə 40-50 milyon dollar təşkil edir.
O qeyd edib ki, bu xərclər onlar üçün ciddi problem yaradır:
“Göyərtəsində 150 nəfər olan altı “Hapag-Lloyd” gəmisi Fars körfəzində qalıb. Onlara yemək və su verilir”.
Aysel Mətləb