Ali Məhkəmənin binasında qaz balonu partladı
Pakistanda Ali Məhkəmə binasının zirzəmisində baş verən qaz balonu partlayışı nəticəsində 12 nəfər xəsarət alıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Samaa.tv" məlumat yayıb.
Hadisənin mərkəzi kondisioner sisteminin təmiri zamanı baş verdiyi bildirilir. Yaralılar yaxınlıqdakı tibb müəssisələrinə aparılıb.
Partlayışın güclü zərbə dalğası bina daxilində təşviş yaradıb və ərazini silkələyib. Səbəblərlə bağlı araşdırma aparılır.
Məlumata görə, partlayışın qeydə alındığı zirzəmi Ali Məhkəmə əməkdaşları üçün xidməti kafe kimi istifadə olunur.
Jalə Rövşən