Alen Simonyan Koçaryanı məhkəməyə verəcək

Alen Simonyan Koçaryanı məhkəməyə verəcək
29.01.2026 21:15 Dünya

Ermənistan parlamentinin sədri Alen Simonyan sabiq prezident Robert Koçaryanı məhkəməyə vermək niyyətindədir.

TodayPress TV Ermənistan mediasına istinadən xəbər verir ki, Simonyan Koçaryanın onun ünvanına dediyi “belə etibarsız adam orduda normal xidmət edə bilməzdi” sözləri ilə özünün təhqir olunduğunu bildirib.

Qeyd edək ki, Koçaryan bugünkü mətbuat konfransında onun hakimiyyəti dövründə Ermənistan ordusunda hərc-mərclik olduğuna dair Simonyanın son bəyanatına belə reaksiya verib.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər