Aİ-yə yeni üzvlər üçün “sınaq müddəti” tətbiq edilə bilər
Dünya
05.11.2025 10:13
Avropa Komissiyası Avropa İttifaqına (Aİ) yeni qoşulan ölkələr üçün “sınaq müddəti” mexanizmini tətbiq etməyi müzakirə edir.
TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Yeni mexanizmə əsasən, üzv dövlətlər demokratik prinsiplərdən yayınarsa, onların Aİ institutlarında iştirak hüquqları müvəqqəti dayandırıla və ya üzvlük ləğv edilə bilər.
Təşəbbüsün məqsədi gələcək üzv ölkələr – o cümlədən Ukrayna, Moldova və Qərbi Balkan dövlətlərinin İttifaqa qoşulduqdan sonra demokratiya, media azadlığı və məhkəmə müstəqilliyi prinsiplərindən uzaqlaşmasının qarşısını almaqdır.
Bildirilib ki, Aİ-nin bu addımı Macarıstan təcrübəsindən irəli gəlir. Baş nazir Viktor Orban hökumətinin demokratik dəyərləri pozması və Moskva ilə bağlı sanksiya siyasətini zəiflətməsi İttifaq daxilində ciddi narahatlıq yaradıb.
Aysel Mətləb
tag: Aİ,Sınaq,Avropa,Macarıstan,Todaypress.tv,
