Aİ: Ukrayna üçün üzvlükdə istisnalar olmayacaq

Aİ: Ukrayna üçün üzvlükdə istisnalar olmayacaq
04.04.2026 10:00 Dünya

Avropa Komissiyası Ukraynanın Aİ-yə üzvlüyü məsələsində istisnaların olmayacağını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos Ukrayna telemarafonunda bildirib.

Onun sözlərinə görə, Ukrayna üçün xüsusi şərtlərin tətbiqi ölkəyə fayda verməz, əksinə, üzvlük prosesinə olan etimadı sarsıda bilər.

Kos vurğulayıb ki, əsas məqsəd Ukraynanın Aİ-yə qoşulmaq üçün tam hazır vəziyyətə gətirilməsidir.

“Ukrayna Aİ-yə qoşularkən bizi gücləndirməlidir, zəiflətməməlidir. Bunun üçün iqtisadiyyat və cəmiyyət üzrə transformasiya prosesi düzgün aparılmalıdır”, — deyə o qeyd edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər