Aİ komissarı: "Ukraynanın 2027-də üzvlüyü mümkün deyil"
Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos Ukraynanın 2027-ci ilin yanvarınadək Aİ-yə üzv ola bilməyəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, "Politico" nəşrinin təşkil etdiyi tədbirdə çıxışı zamanı deyib.
“Bu zalda olan hər kəs anlayır ki, Ukraynanın 1 yanvar 2027-ci ildə Aİ üzvü olması mümkün deyil”, — deyə Kos vurğulayıb.
Bundan əvvəl Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba ölkənin Aİ-yə inteqrasiyası üçün vətəndaşların daha yüksək vergilər ödəməli ola biləcəyini bildirib.
Onun sözlərinə görə, vergi artımı Beynəlxalq Valyuta Fondunun maliyyə dəstəyi üçün əsas şərtlərdən biridir və Aİ də yeni kreditlərin ayrılması zamanı bu tələbi irəli sürür.
Qiymət Mahir