Aİ İran məsələsində diplomatik yolu dəstəkləyir

Aİ İran məsələsində diplomatik yolu dəstəkləyir
16.02.2026 23:50 Dünya

“Avropa İttifaqı (Aİ) İran probleminin yalnız diplomatik yolla həll oluna biləcəyini və danışıqlara şans verilməli olduğunu hesab edir”. 

TodayPress TV xəbər verir ki, bunu Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın rəsmi nümayəndəsi Anuar əl-Anuni Brüsseldə keçirdiyi brifinqdə deyib. 

Onun sözlərinə görə, hərbi eskalasiya regional sabitlik üçün ciddi risklər yaradır və İran beynəlxalq ictimaiyyətin, xüsusilə nüvə proqramı ilə bağlı narahatlıqlarına səmimi yanaşdığını göstərməlidir. Aİ tərəfləri beynəlxalq hüquqa hörmət etməyə, təmkinli davranmağa və regionda yeni gərginliyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər