Aİ Ermənistana hibrid təhdidlərə qarşı mübarizədə kömək edəcək
Ermənistanın xahişi ilə Avropa İttifaqı (Aİ) ölkədə keçiriləcək seçkilərdən əvvəl hibrid təhdidlərə qarşı mübarizə aparmaq üçün xüsusi sürətli reaksiya qrupu yerləşdirəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə Aİ Xarici İşlər Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
"Bölgəmizdə demokratiyanın davamlılığını dəstəkləmək çox vacibdir. Biz Ermənistanı xarici müdaxilə ilə tək qoymayacağıq. Təzyiq altında olan demokratiyalar Avropaya güvənə bilər", - deyə o vurğulayıb.
Aysel Mətləb