Aİ-dən Rusiyaya sərt mesaj: İtkilər olsa da, sanksiyalar davam edəcək

Aİ-dən Rusiyaya sərt mesaj: İtkilər olsa da, sanksiyalar davam edəcək
27.06.2026 10:21 Dünya

Avropa Birliyinin Sanksiyalar üzrə nümayəndəsi Devid O'Sullivan bildirib ki, iqtisadi itkilərə baxmayaraq, Rusiyaya qarşı sanksiyalar davam etdirilməlidir.

TodayPress TV xəbər verir ki, o, bu barədə "Kyiv Independent" nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Avropanın təhlükəsizlik arxitekturası prioritetdir və əlavə iqtisadi itkilər sanksiyalardan imtina üçün əsas ola bilməz.

O'Sullivan qeyd edib ki, sanksiyalar qüvvəyə mindikdən sonra bəzi şirkətlər fəaliyyətlərini yenidən qurmalı olsalar da, onların əksəriyyəti alternativ bazarlar tapmağa nail olub.

Nümayəndə həmçinin bildirib ki, Avropa Birliyi hazırda Rusiyanın bank sektorunu və iqtisadiyyatını hədəf alan 21-ci sanksiyalar paketi üzərində işləyir. Bundan əlavə, iyunun 15-də Aİ sanksiya siyahısını genişləndirərək 80-dən çox yeni şəxs və qurumu siyahıya daxil edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUN 2026
Bütün Xəbərlər